Ukrayna MN: Rusiya dənizlərə çıxışımızı kəsmək istəyir

2 May 2022 18:36

Rusiya Ukraynanın dənizlərə çıxışını məhdudlaşdırmağa çalışır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

"Onların məqsədi Ukraynanı dənizlərə çıxışını kəsməkdir", - o deyib.

Nazir müavininin sözlərinə görə, Rusiya nəinki Donetsk və Luqansk vilayətlərini ələ keçirmək planlarından əl çəkmir, indi bunu Xarkov vilayətində və Xersonda etməyə çalışır.

Milli.Az