Bazar ertəsi, mayın 2-də Qara dənizdəki Zmeinıy (İlan) adası yaxınlığında Rusiyanın iki "Raptor" tipli patrul kateri məhv edilib.
Milli.Az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının Telegram-kanalında məlumat verilib.
"Bu gün səhər saatlarında Zmeinıy adasının yaxınlığında Rusiyanın "Raptor" tipli iki qayığı məhv edilib. "Bayraktar" işləyir. Qələbəyə birlikdə!" - məlumatda deyilir.
Aslan Məmmədov
Milli.Az