Yenidən tərəf müqabili oldular

2 May 2022 15:55

"Kül" adlı filmdə baş rolu canlandıracaq türkiyəli aktyor Alperen Duymazın tərəf müqabili bəlli olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işində aktrisa Funda Eryiğit rol alacaq. Film "Netflix"də yayımlanacaq.

Alperen layihədə "Metin Ali" adlı dülgərə həyat verəcək.

Qeyd edək ki, Funda ilə Alperen daha əvvəl "Son yaz" serialında birgə rol alıb.

Milli.Az