Rusiya Dnepropetrovsk vilayətinə raket hücumu həyata keçirib.
Milli.Az bildirir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko öz Telegram səhifəsində məlumat verib.
"Sinelnikovski rayonuna daha bir raket atıldı. Raket elevatora dəyib. Taxıl anbarını dağıdıb. İlkin məlumata görə, zərərçəkən olmayıb. Bizim kənd təsərrüfatı anbarlarımız ruslara rahatlıq vermir", - o məlumat verib.
Aslan Məmmədov
Milli.Az