"Gecə kraliçası" ləqəbli müğənni vəfat etdi

2 May 2022 11:57

Tanınmış fransalı müğənni Rejin (tam adı Rejin Silberberq) vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, ötən gün 92 yaşında Parisdə təbii səbəbdən dünyasını dəyişib.

Qeyd edək ki, "Gecə kraliçası" ləqəbli Rejin bu adı Avropa və ABŞ-ın 25 şəhərində sahib olduğu 20-dən çox gecə klubu ilə qazanıb. Onun təşkil etdiyi əyləncələrdə Jan-Pol Belmondo, Alen Delon kimi məşhurlar iştirak edib. O, 1940-1950-ci illərdə Fransa elitasına məxsus şəxslərə dəbli rəqslərdə oynamağı öyrədib. Rejin müxtəlif ekran işlərində bir neçə komediya rolunu da ifa edib. Müğənninin ilk evliliyindən bir oğlu var.

Milli.Az