"Liverpul" yayda Məhəmməd Salahı sata bilər

2 May 2022 14:55

İngiltərənin "Liverpul" klubu futbolçusu Məhəmməd Salahla yollarını ayıra bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu hələlik 2023-cü ildə başa çatacaq müqaviləsinin uzadılmasına razılıq verməyib.

Mersisayd təmsilçisi bu səbəbdən yayda misirli forvardı sata bilər. "Liverpul" təcrübəli oyunçunun klubu azad agent kimi tərk etməsini istəmir.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. Hücumçu cari mövsüm Premyer Liqada 22 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az