Ərdoğan və Putin yenə telefonla danışacaq

2 May 2022 09:57

Bu həftəiçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin dövlət başçısı bayram namazından sonra danışıb.

"Ukraynanın şərqi ilə bağlı atılacaq addımların həlli, inanıram ki, Türkiyə olacaq, İstanbul və ya Ankara olacaq", - ölkə lideri vurğulayıb.

Milli.Az