Rus ordusu bu şəhərdən 50 km aralıdadır

2 May 2022 16:25

Rusiya işğalçıları Xerson vilayətinin işğal olunmuş ərazisindən Krivoy Roqdan 50 kilometr aralıda yerləşən yaşayış məntəqələrini atəşə tutur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul deyib.

"Toqquşma xətti Xerson vilayətində yerləşir - şəhərdən 50 km aralıdadır.Cəbhə xəttinin uzunluğu 100 kilometrdən çoxdur", - deyə o bildirib.

Milli.Az