Maşın yoldan çıxıb aşdı, xəsarət alanlar var

3 May 2022 19:57

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qadın sürücünün idarə etdiyi  "KİA" markalı minik avtomobil idarəetmədən çıxaraq, hündürlükdən yol kənarına aşıb. Nəticədə sürücü və daha bir xanım sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az