Ukrayna limanlarında 4,5 milyon ton taxıl qalıb

2 May 2022 13:50

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı Ukrayna limanlarında 4,5 milyon ton taxılın xarici ölkələrə daşınmaq üçün gözlədiyini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu proqramının Almaniya üzrə direktoru Martin Frik bildirib.

Onun sözlərinə görə, hazırda taxıl yüklü gəmilər müharibə səbəbindən limanlardan çıxa bilmir.

Frik qeyd edib ki, bu gün dünyanın Ukrayna limanlarında yığılıb qalmış taxıllara böyük ehtiyacı var və bunu nəzərə alaraq, Rusiya həmin gəlimərin təhlükəsiz hərəkətini təmin etməlidir.

Milli.Az