İraqda neft emalı zavodu raket atəşinə tutulub

1 May 2022 23:23

İraqın Ərbil şəhəri raket atəşinə tutulub.

Milli.Az APA-ya istinadən bildirir ki, neft emalı zavodunun yaxınlığında 6 raket partlayıb.

Ölən və zərərçəkənlər barədə məlumatlar dəqiqləşdirilir.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Milli.Az