02.05.2022
08:22
Gəncədə yeniyetməni bıçaqlayan şəxs tutulub.
Milli.Az APA-ya istinadən bildirir ki, 17 yaşlı oğlanı 2006-cı il təvəllüdlü S.Hüseynov bıçaqlayıb.
Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, tərəflər arasında mübahisə düşüb.
Faktla bağlı araşdırma aparılır.
------------------
01.05.2022
22:15
Gəncədə bıçaqlanma baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən Əziz Əliyev prakında qeydə alınıb.
2005-ci il təvəllüdlü Abbasov Azər Vüsal oğlu iki bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal 17 yaşlı oğlan əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Onun kim tərəfindən bıçaqlanması isə məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az