Gürcüstanda koronavirusdan ölənlərin sayı 16 810 nəfərə çatıb

1 May 2022 14:52

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 72 yoluxma halı qeydə alınıb, 3 nəfər ölüb.

Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 655 170, ölənlərin sayı isə 16 810 nəfərə çatıb. Virusa yoluxanlardan 1 637 198 nəfərin sağaldığı bildirilir.

Milli.Az