İbtidai siniflər üçün əlavə tətil günləri başlayıb

1 May 2022 09:30

Mayın 1-dən 5-dək ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün əlavə tətil günləridir.

Milli.Az xəbər verir ki, tətildən sonrakı ilk dərs günü mayın 6-dır.

Qeyd edək ki, bu tətil ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrinə şamil edilmir.

Milli.Az