Goranboyda ölümlə nəticələnən qəza baş verib - VİDEO - FOTO

1 May 2022 09:36

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində ağır xəsarət alan sürücü, 1994-cü il təvəllüdlü İlqar Abbasov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qəzadan sonra avtomobil alışıb.

Milli.Az