"Trabzonspor" 38 ildən sonra bu qollarla çempion oldu - VİDEO

1 May 2022 09:42

"Trabzonspor" Türkiyə Superliqasında bu mövsümün qalibi olub.

Milli.Az xəbər verir ki, Trabzon təmsilçisi 35-ci turda evdə  "Antalyaspor"la qarşılaşıb.

2:2 hesabı ilə heç-heçə edən "Trabzonspor" 38 ildən sonra çempion olub. Komanda 77 xalla çempionluğu son 3 tur qalmış təmin edib.

"Trabzonspor" - "Antalyaspor" - 2:2
Qollar: Kornelius, 3. D.Tokoz, 62 - Ndao, 51. Rayt, 80.

Milli.Az