Ağdamda yol qəzasında sürücü həyatını itirib

30 Aprel 2022 22:27

Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində qeydə alınıb. "VAZ-2107" ilə mikroavtobusun toqqusması nəticəsində "VAZ-2107"nin sürücüsü Cabir Qənbərov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az