Rusiya ordusu Odessa aeroportunu vurdu

30 Aprel 2022 21:07

Rusiya ordusunun hava zərbələri nəticəsində Odessa aeroportunun uçuş zolağı sıradan çıxıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Cənub ordu komandanlığı məlumat yayıb.

Məlumatda bildirilir ki, raket zərbələri Odessa aeroportunun uçuş-enmə zolağını dağıdıb. Zolaqdan istifadə mümkün deyil.

Milli.Az