Bakı-Naxçıvan təyyarəsi geri qayıdıb

30 Aprel 2022 13:56

"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2253 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, təyyarə saat 12:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Milli.Az