Müğənni Aysun İsmayılova bu günə kimi doğma atasını görmədiyini açıqlayıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, "Həmin Zaur" proqramında qonaq olarkən məlumat verib.
Sənətçi aparıcı Zaur Kamalın sualını cavablandırarkən valideyni ilə dəfələrlə görüşmək istədiyini, lakin alınmadığını söyləyib:
"Bu günə kimi doğma atamı görməmişəm. Daha görüşmək istəmirəm. Anamın həyat yoldaşı mənə indi atalıq edir. İndi məni axtarsa, yenə görüşmərəm. Çətin günlərimdə harada idi?"
Milli.Az