Kişilər üçün olan bu dərman gözləri məhv edir

1 May 2022 17:30

ABŞ həkimləri 5-ci tip fosfodiestaraza ingibitorlu dərmanların sağlamlığa fəsadları barədə açıqlama verib.

Kişilərdə cinsi zəifliyə qarşı populyar "Viaqra" və "Sialis" dərmanları kişilərin gözünə çox mənfi təsir edir.

Milli.Az Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ-ın icbari tbbi sığorta üzrə tədqiqatçıları 215 min amerikan kişi üzərində araşdırma aparıb.

Məruzədə deyilir ki, onlardan yarıdan çoxunda dərmanın təsirindən gözlərdə problem, zəifləmə müşahidə edilib.

ABŞ-da cinsi zəifliklə bağlı hər il 20 milyon kişiyə "Viaqra" təyin edilir.

"Viaqra"nın səbəb olduğu 3 əsas göz xəstəliyi bunlardır:

- Torlu qişanın laylanması

- Torlu qişada tromblar əmələ gəlməsi

- İçemik nevropatiya

Ayda 4 dəfədən artıq "Viaqra" dərmanı qəbul edənlərdə gözlərdə qan dövranı damar pozulması müşahidə edilir.

Xüsusən öncədən, gəncliyindən gözlərində problem olanlarda dərmanlar 2 dəfə artıq mənfi fəsad göstərib.

"Viaqra" qəbul edən kişilər hər hansı gün gözlərində qəfildən yaranan qara ləkələnmə, göz önündə uçuşan obyekt, görmənin pisləşməsini hiss etsələr, mütləq oftalmoloqa müraciət etsinlər.

Milli.Az