Azərbaycan kubokunun finalı bu stadiona keçiriləcək

3 May 2022 19:56

Azərbaycan kubokunda 2021/2022-ci illər mövsümünün final görüşünün məkanı müəyyənləşib.

"Qarabağ" və "Zirə" komandaları arasında baş tutacaq həlledici qarşılaşma Qəbələ şəhər stadionunda oynanılacaq.

Oyun mayın 27-də keçiriləcək. Görüş saat 19:00 tarixinə təyin olunub.

Final matçının nominal meydan sahibini müəyyənləşdirəcək püşkatma mərasimi mayın 5-də təşkil olunacaq. AFFA-nın inzibati binasında hər iki komanda və Peşəkar Futbol Liqasının nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbir saat 12:00-da başlayacaq.

Milli.Az