Tərtərdə canavarlar kəndə hücum etdi

7 May 2010 17:40
Tərtərin Qaynaq kəndi cəbhə xəttinin bır necə kilometrliyində yerləşdiyindən yaşayış məntəqəsi tez-tez canavar hücumlarına məruz qalır.
 
Bu dəfə kəndin yaxınlığındakı fermaya hücum edən canavarlar 1 iri buynuzlu heyvanı tamamilə parçalayıb, digərini isə yaralayıb. Fermada məskunlaşan Xocalı məcburi köçkünü Habil Zamanovun sözlərinə görə, adətən tək ova çıxan canavarlar artıq gecə saatlarında kəndlərə sürü ilə hücum edirlər.

Sakinlərin sözlərinə görə, bir neçə gün əvvəl də kəndə hücüm edən canavarlar 7 qoyun parçalamışdı. Sakinlər uşaqları məktəbə göndərməkdən də çəkindiklərini deyirlər.

/Xezerxeber/