ABŞ Ukrayna ordusuna Almaniyada təlim keçməyə başlayıb.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib.
"Haubitsaların istifadəsi üzrə təlimlər gedir. Artıq iki mərhələli təlim keçirilib, yenisi Almaniyada başlayıb", - Kirbi deyib.
Kirbi bildirib ki, təlimlərin çoxu Florida Milli Qvardiyası tərəfindən aparılır. O qeyd edib ki, təlimlər Ukraynadan kənarda üç yerdə keçirilir, lakin digər ikisi açıqlanmır.
Milli.Az