Abşeron rayonunda 55 yaşlı kişini avtomobil vurub.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, 1967-ci il təvəllüdlü Quliyev Fikrət Şükür oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Fakt araşdırılır.
Milli.Az