“Milan”ın öz stadionu olacaq

30 Aprel 2022 08:13

"Milan"ın öz stadionu olmalıdır.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu klubun yeni sahibləri istəyir.

"İnvestcorp" investisiya şirkəti İtaliya təmsilçisinin alqı-satqısını yaxın günlərdə yekunlaşdıracaq. Bu, 1,18 milyard avroya gerçəkləşəcək.

Şirkətin rəhbəri Məhəmməd Alardi klubun özünün yeni stadionu olması qənaətindədir. O, "San-Siro"nu "İnter"lə bölüşməyin əleyhinədir. Bu üzdən şirkət yeni arenanın inşasını planlaşdırır.

Milli.Az