Lavrov Ukraynadakı xüsusi əməliyyatın nə vaxt bitəcəyindən danışıb

29 Aprel 2022 22:58

Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı məqsədlərə çatanda bitəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əl-Ərəbiyyə telekanalına müsahibəsində deyib.

Rusiyanın baş diplomatı əməliyyatın mayın 9-na kimi başa çatması ehtimalına aid sualı cavblandırıb.

"Sizə təsvir etdiyim məqsədlər həyata keçirildikdən və nəticələr olandan sonra əməliyyatlar başa çatacaq", deyə nazir bildirib.

Milli.Az