"Şerif" klubu 20-ci dəfə Moldova çempionu olub

29 Aprel 2022 22:33

Futbol üzrə Moldova Milli Divizionunda 2021/2022 mövsümünün qalibi müəyyənləşib.

Milli.Az "report"-a istinadən bildirir ki, "Şerif" klubu 20-ci dəfə ölkə çempionluğunu qazanıb.

Tiraspol təmsilçisi buna XXVI turda səfərdə "Dinamo-Avto"nu 3:0 hesabı ilə məğlub etməklə nail olub.

Bu qələbədən sonra xallarını 66-ya çatdıran komanda sona 2 tur qalmış ən yaxın izləyicisi "Petrokub"u 10 xal qabaqlayır.

Qeyd edək ki, bu, "Şerif"in tarixində 20-ci ölkə çempionluğu olub.

Milli.Az