Ukraynada 14 yaşlı ağırlıqqaldıran qız həlak olub

29 Aprel 2022 20:30

Ukraynanın 14 yaşlı ağırlıqqaldıranı Alina Perequdova vəfat edib.

Milli.Az report-a istinadən bildirir ki, idmançı Rusiya Silahlı Qüvvələrinin bombardmanı nəticəsində Mariupolda həlak olub.

Onunla birlikdə anası da dünyasını dəyişib.

Qeyd edək ki, Alina Perequdova Ukrayna millisinə namizəd idi. O, ötən il 17 yaşadək ağırlıqqaldıranlar arasında ölkə çempionatında qızıl medal qazanıb.

Milli.Az