PKK-dan növbəti hücum: 2 şəhid

7 May 2010 17:49
Milli.Az xəbər portalı CNN Türk-ə istinadən xəbər verir ki, terrorçular Türkiyə Silahlı Qüvvələrinin 3-cü piyada taboruna hücum edib. Əsgərlər terrorçulara cavab atəşi açıblar. Baş verən silahlı toqquşma zamanı 1 çavuş və 1 onbaşı şəhid olub.

Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri ərazidə terrorçuların məhvi üçün əməliyyatlara başlayıb. Əməliyyatlara helikopterlər də havadan dəstək verir.

Milli.Az