"Sabah"ın legioneri "Qarabağ"la oyunda sıradan çıxıb

3 May 2022 19:52

"Sabah" klubunun futbolçusu Xuan Kamara zədələnib.

Milli.Az "Report"a istinadən bildirir ki, ispaniyalı yarımmüdafiəçi səfərdə "Qarabağ"a qarşı keçirilən Premyer Liqanın XXV tur matçında sıradan çıxıb.

Ayağından xəsarət alan 28 yaşlı oyunçu 35-ci dəqiqədə Ceyhun Nuriyevlə əvəzlənib.

Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.

Milli.Az