Gürcüstanda koronavirusa 148 yeni yoluxma qeydə alınıb

29 Aprel 2022 17:54

Gürcüstanda ötən sutkada koronavirusa 148 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Son bir gündə daha 280 nəfər müalicə olunaraq sağalıb.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 654 945 nəfərdə aşkarlanıb. Onların 1 636 800-ü sağalıb, 16 807-si isə ölüb.

Milli.Az