Ukraynanın parçalanması ssenarisi... - Fenenko

29 Aprel 2022 11:00

Polşa Ukraynanın qərb vilayətlərinin işğalını hələ 2014-cü ildə planlaşdırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, belə bir iddia ilə MDU-nin Dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti, tanınmış politoloq Aleksey Fenenko çıxış edib.

"Bu ideya artıq 2014-cü ildən dövriyyədədir. Belə ki, son anda Kiyev hakimiyyətinin Qərbi Ukraynaya qaçması nəzərdə tutulurdu: əvvəlcə Qərb onları qanuni hakimiyyət kimi tanıyır, sonra isə Polşa və Macarıstan ordan ərazi qoparır... Onlar Rusiya ilə qətiyyən üz-üzə gəlmək istəməzlər, ancaq "bir hissə" qoparmağı arzulayarlar", - o deyib.

Fenenkonun sözlərinə görə, NATO belə bir qərarı yalnız dəstəkləyə bilər, çünki bu halda Ukraynanın hansısa hissəsi onların nəzarətinə keçmiş olacaq:

"Bu ssenari Rusiyanın Kiyevi götürəcəyi hal üçün hazırlanmışdı. Ancaq Rusiya ordusunu Kiyev və Çerniqovdan geri çəkəndən sonra bu ssenarini müvəqqəti olaraq dayandırdı. Ancaq indi - Donbasda baş verən son hadisələrlə bağlı onlar yenidən bu ssenariyə qayıdıblar".

Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Polşanın Qərbi Ukraynanı özünə birləşdirmək planları hazırladığını bildirmişdi.

Milli.Az