Azərbaycanlı müğənninin maşınında iki məşhur xanım dava edib - VİDEO

29 Aprel 2022 19:12

Müğənni Əflatun Qubadov maşınında iki məşhur xanımın əlbəyaxa dava etdiyini açıqlayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, "Həmin Zaur" proqramında danışıb.

Aparıcı Zaur Kamalın "Şirvana gedəndə iki tanınmış xanım əlbəyaxa dava edib, siz də görmüsünüz" sualına "hə" cavabını verib.

"Belə bir hadisə olub. Amma adlarını açıqlamayacağam. Qapını açdım, dedim ikiniz də düşün. Çox illər əvvəlin söhbətidir", -deyə Qubadov vurğulayıb.

Milli.Az