“Paramount” Rusiyada öz telekanallarının yayımını dayandırıb

29 Aprel 2022 09:18

"Paramount" Rusiyada özünün MTV, Nickelodeon, Paramount Channel və Paramount Comedy kanallarının yayımını dayandırmaq qərarına gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, şirkətə məxsus kanalların "Bilayn" və "Rostelekom" istifadəçiləri üçün yayımı dayanıb.

Bunun əvəzinə tamaşaçılar ekranda belə bir mesaj görüblər:

"Hörmətli izləyicilər! Bizdən asılı olmayan səbəblərə görə kanalın Rusiya Federasiyası ərazisində yayımı müvəqqəti olaraq dayandırılıb".

Milli.Az