25-dən çox ölkənin səfirliyi Ukraynanın paytaxtında fəaliyyətini bərpa edib

29 Aprel 2022 07:50

25 ölkənin səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti ofisinin başçısının müavini Andrey Sibiqa bildirib.

"Artıq 25-dən çox səfirlik Kiyevdə tam fəaliyyətini bərpa edib. Biz onların sayının daha da artmasını istəyirik. Səfirlər də qayıdıb və biz onlarla görüşür və müzakirələr aparırırq" - deyə Sibiqa bildirib.

Milli.Az