“Ukraynanın Əhməd Kadırov kimi lideri çatışmır” - Ramzan Kadırov

29 Aprel 2022 07:43

"Əhməd Kadırov Çeçenistanı tamamilə məhv olmaqdan xilas etdi, Ukraynanın indi çatışmadığı elə bir liderdir".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov özünün teleqram kanalında yazıb.

"Yalnız güclü və uzaqgörən bir lider bizi tam məhv olmaqdan xilas edə bildi - Çeçenistan Respublikasının ilk prezidenti, Rusiya qəhrəmanı Əhməd Kadırov. Məhz belə bir lider indi Ukraynada çatışmır", - Kadırov əlavə edib.

Çeçenistan rəhbəri ümid etdiyini bildirib ki, "ukraynalılar özlərinə gəlib dövlətə nəzarəti öz əllərinə qaytaracaqlar". Əks halda, Kadırovun sözlərinə görə, bu missiyanı Rusiya Prezidenti həyata keçirəcək.

Milli.Az