“Rusiyaya qarşı sanksiyaların ləğvi müzakirə olunmur”

29 Aprel 2022 07:19

ABŞ bu mərhələdə Rusiyaya qarşı sanksiyaların ləğvi barədə müzakirə aparmır. Bunun üçün ən azı Ukraynada atəşkəs elan edilməsi tələb olunur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken bildirib.

"İndi Rusiyaya qarşı sanksiyaların ləğvinə dair müzakirə aparmırıq. Bu məhdudiyyətlərin ləğvi üçün ən azı atəşkəs olması şərtdir" - deyə Blinken Konqresdəki dinləmələrdə bildirib.

Dövlət katibi qeyd edib ki, prosesdə Ukraynanın da mövqeyi nəzərə alınır.

Milli.Az