Goranboyda zəlzələ olub

29 Aprel 2022 00:08

Goranboyda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən alınan məlumata görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 22:22-də Gəncə stansiyasından 40 km cənub-şərqdə Goranboy rayonunda qeydə alınıb. Təbii hadisə 3 maqnitudada baş verib, zəlzələ ocağı 17 km dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Milli.Az