DİN-dən yanğınla bağlı - Açıqlama - FOTO

28 Aprel 2022 22:09

Bu gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı"nın ərazisində yanğın baş verib.

Yanğınla bağlı dərhal polis əməkdaşları hadisə yerinə səfərbər olunublar.

Polis və FHN əməkdaşları ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşıyıb, işçilərin təxliyəsini təmin ediblər. Hazırda polis əməkdaşları tərəfindən  hadisə yeri mühafizə edilir.

Milli.Az