“Azərsun Holding” yanğınla bağlı məlumat yayıb

28 Aprel 2022 22:03

"Azərsun Holding" Sumqayıtda "Azərsun Sənaye Parkı"nın ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Məlumat şirkətin rəsmi "Facebook" səhifəsində paylaşılıb.

Bərdədə külək 3 nəfərin xəsarət almasına səbəb olub - VİDEO

Qeyd olunub ki, "Azərsun Sənaye Parkı"nın ərazisində başlayan yanğın qısa zamanda ətrafa yayılıb.

Ərazidə çalışan əməkdaşların hamısı təxliyyə edilib. Hazırda FHN tərəfindən yanğının qarşısının alınması üçün zəruri addımlar atılır. Hadisə ilə bağlı ətraflı açıqlama veriləcəkdir.

Milli.Az