Kəmaləddin Heydərov Sumqayıtda yanğın baş verən ərazidədir

28 Aprel 2022 20:37

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı"nın ərazisində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN-dən Milli.Az-a bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda yanğın baş verən ərazidədir.

Qeyd edək ki, yanğının söndürülməsinə yanğınsöndürən maşınlarla yanaşı, 2 helikopter də cəlb olunub.

Milli.Az