Bakıda övladını qəsdən yerə çırpmaqda təqsirləndirilən şəxslə bağlı qərar çıxarılıb.
Bu barədə Milli.Az-a təqsirləndirilən şəxsin vəkili Toğrul Şiriyev məlumat verib.
O bildirib ki, Yasamal Rayon Məhkəməsi Samir Ağakərimovla bağlı qərar elan edib.
"Məhkəmə S.Ağakərimovun barəsində 4 ay həbs qətimkan tədbiri seçib".
Qeyd edək ki, Yasamal rayonunun 4-cü Yasamal adı ilə tanınan Xaqani Dadaşov küçəsində S.Ağakərimov 11 aylıq körpəsini qəsdən yerə çırpıb. Uşaq ağır kəllə beyin travması alıb, baş nahiyəsi ciddi şəkildə zədələnib. Körpə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Milli.Az