Serj Sarkisyanın tərəfdarları İrəvanın mərkəzində yürüş keçirir

28 Aprel 2022 17:50

Ermənistan sabiq prezidenti Serj Sarkisyanın sədri olduğu Respublika Partiyası İrəvanın mərkəzində "Stop Nikol!" şüarı altında yürüş keçirib.

Milli.Az APA-ya istinadən bildirir ki, etirazçılar "Satqın Nikol" və "Türksüz Ermənistan" şüarları səsləndiriblər.

Etirazçılar bütün sakinləri aksiyaya qoşulmağa çağırıblar.

Milli.Az