BMT-nin baş katibi Borodyankanı ziyarət etdi

28 Aprel 2022 14:52

Milli.Az bildirir ki, BMT-nin baş katibi Antonio Quterreş Borodyankaya baş çəkib və bildirib ki, 21-ci əsrdə müharibə qəbul edilə bilməz.

"Mən indi dağılmış və qara rəngli bu evlərdən birində ailəmi təmsil edirəm. Nəvələrimin çaxnaşma içində necə qaçdığını görürəm. 21-ci əsrdə müharibə qəbul edilə bilməz", - Quterreş deyib.

Aslan Məmmədov
Milli.Az