"Avatar”ın davamı gəlir

28 Aprel 2022 18:00

2009-cu ildə ekranlara çıxan və bütün dünyada fenomenə çevrilən "Avatar"ın maraqla gözlənilən davamı ilə bağlı təfərrüatlar bəlli olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, rejissoru Ceyms Kemeronun olacağı ekran işinin premyerası ilin sonunda, dekabrın 16-da olacaq.

Sözügedən layihənin adı "Avatar: The Way of Water" olacaq.

Film 2019-cu ildə 20th Century Fox-u satın alan Disney tərəfindən istehsal olunacaq.

Milli.Az