Bu brendlər də Rusiya bazarından getdi

28 Aprel 2022 17:36

"Guess", "Adidas", "Balenciaga", "Dolce & Gabbana", "Davidoff", "Gucci", "Hugo Boss", "Marc Jacobs", "Bottega Veneta", "Burberry", "Calvin Klein", "Miu Miu", "Tiffany & Co", "Max Factor", "Bourjois" kimi kosmetik brendlərin daxil olduğu "Coty" kosmetik brendi, "Rimmel", "CoverGirl" və başqaları Rusiyadakı fəaliyyətini dayandırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb Rusiyanın Ukraynaya hərbi hücumu olub. Bu barədə "Reuters" şirkəti bəyanat yayıb.

"Coty" şirkəti belə qənaətə gəlib ki, Rusiya bazarından geri çəkilmə şirkətin 2022-ci il üçün gəlir proqnozlarına təsir etməyəcək: ötən ilin sonunda qrupun satışlarının təxminən 3%-i Rusiyanın payına düşür.

Qeyd edək ki, bundan əvvəl bir çox Qərb brendləri, o cümlədən Zara, H&M, Uniqlo, L'Occitane, L'Oreal və başqaları ictimai-siyasi vəziyyətə görə Rusiyadan ayrıldıqlarını, keçən həftə isə "Essity" (brendlər Zewa, Libresse, Libero) elan etmişdilər.

Milli.Az