"Bəzi məşhurlarda artıq "Lətifələşmə" gedir"

28 Aprel 2022 17:18

"Hiss edirəm ki, bir çoxları məni təkrarlamağa başlayıb. Mənim hekayələrimi təkrarlayırlar. Bəzi məşhurlarda artıq "Lətifələşmə" gedir".

Milli.Az xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında müğənni Lətifə Soyuöz deyib.

Müğənni bir çox sənət adamının onun "Instagram"dakı hekayələrini təkrarladığını söyləyib. Lətifə bildirib ki, etdiyi paylaşımlar tanınmış simaların bəzilərinə örnək olub:

"Anlayıram ki, məni saxta profillərlə izləyirlər. Hərdən digər səhifələr onları paylaşır, baxıram ki, mənim danışığımı təkrarlayır, dediyim sözləri söyləyirlər. Gör-götür dünyasıdır. Yaxşı bir adamdan örnək alırlar. Amma özləri olsalar, daha yaxşı olar".

Milli.Az