Xarkovda bina uçub - dağıntılar altında qalanlar var

28 Aprel 2022 14:06

"Ruslar Xarkov vilayətinin Pokotilovka kəndini atəşə tutub. Nəticədə bina uçub. Dağıntılar altında insanlar var".

Milli.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Xarkov Şəhər Şurasının rəhbərinin müşaviri Nataliya Popova məlumat verib.

Onun sözlərinə görə, ilkin məlumata görə, üç nəfər xəsarət alıb. Xilasedicilər hadisə yerindədir.

Aslan Məmmədov
Milli.Az