Qətərdə «Leyli və Məcnun» nümayiş olunacaq

7 May 2010 17:14
Milli.Az xəbər portalının novosti.az saytına istinadən verdiyi məlumata görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq münasibətlər sektorundan bildiriblər. Qeyd edək ki, Qətərdə Azərbaycan günlərinin iyunun 1-4-də keçirilməsi nəzərdə tutulub.

"Azərbaycan günləri çərçivəsində Qətərdə rəqs kollektivinin çıxışı, "Leyli və Məcnun" baletinin nümayişi, Azərbaycan musiqiçilərinin konserti də nəəzərdə tutulub", - deyə məlumatda bildirilir.
Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi tədbirlərin nümayişi üçün nümayəndə heyəti Qətərə mayın 31-də yollanacaq.

Milli.Az